Türkiyədə yeni atom elektrik stansiyaları tikiləcək

Dünya

09.11.2021 - 18:05

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğan: “Akkuyudan sonra biz tezliklə ikinci, hətta üçüncü AES-in tikintisinin hazırlıqlarına başlayacağıq”

Türkiyə “Rosatom” tərəfindən tikilən Akkuyu AES-dən sonra ikinci və üçüncü atom elektrik stansiyalarının inşası layihələrinin icrasına başlamaq niyyətindədir.

AYNA qardaş ölkə mediasına istinadla bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Akkuyu AES-in birinci blokunun 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır: “Akkuyudan sonra biz tezliklə ikinci, hətta üçüncü AES-in tikintisinin hazırlıqlarına başlayacağıq. Biz ölkəmizi nüvə enerjisi ilə təmin etməyə çalışırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş