Türkiyədə silahlı hücuma məruz qalan siyasətçi ölüb

Dünya

24.08.2024 - 18:18

Mustafa Can Ekiciler müalicə aldığı xəstəxanada həyatını itirib

Türkiyədə silahlı hücuma məruz qalan bələdiyyə üzvü Mustafa Can Ekiciler ölüb.

AYNA xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyatını itirib.

Məlumata görə, M.C.Ekiciler Cümhuriyyət Xalq Partiyasının (CHP) Süleymaniyye bələdiyyə üzvü idi.

Qeyd edək ki, mərhum siyasətçi avqustun 18-də silahlı hücuma məruz qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş