İzmirdən Ağrıya gedən avtobus körpünün dayağına çırpılıb
Türkiyədə Ankara-Eskişehir yolunda, Polatlı məhəlləsində sərnişin avtobusu yol hasarını aşıb və körpünün dayağına çırpılıb.
AYNA “TRT Haber”ə istinadən bildirir ki, qəza nəticəsində 11 nəfər ölüb, 26 nəfər yaralanıb. Avtobus İzmirdən Ağrıya gedirmiş.
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib.
İlkin versiyaya görə, qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib.