Türkiyədə Rusiya səfirinə sui-qəsd işi üzrə bir nəfər saxlanılıb

Dünya

15.08.2023 - 13:24

cedabet dərman SEO Xidməti

Şübhəli şəxsdən mobil telefon, iki SİM kart, SİM kartlar üçün cihaz və yaddaş kartı götürülüb

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun həyatına 2016-cı ildə baş vermiş sui-qəsd işinin “mühüm şəxslərindən” biri saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, İstanbul polisi şəhərin Avropa hissəsindəki Beylikdüzü ərazisində keçirdiyi əməliyyat zamanı Karlova sui-qəsddə iştirak edən mühüm şəxsi saxlayıb.

Şübhəli şəxsdən mobil telefon, iki SİM kart, SİM kartlar üçün cihaz və yaddaş kartı götürülüb.

Nəşrin məlumatına görə, o, əvvəllər terror qruplaşmasına üzv olduğu üçün doqquz il həbs cəzası çəkib.

Daha əvvəl məlum olub ki, Karlova sui-qəsdin təşkilatçısı ABŞ-da yaşayır və FETÖ terror təşkilatından olan radikallara kömək edir.

Qeyd edək ki, Karlova sui-qəsd 2016-cı il dekabrın 19-da baş verib. Hücumu keçmiş polis əməkdaşı Mevlüt Mert Altıntaş həyata keçirib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı kimi qiymətləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş