Türkiyədə koronavirusla bağlı son vəziyyət

Cəmiyyət

10.02.2021 - 00:35

Həkimlər Klinikalar SEO Xidməti

Gün ərzində 8 min 109 nəfər koronavirusdan sağalıb

 

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 137 min 712 koronavirus testi aparılıb.

 

Bunlardan 8 min 636-sı müsbət çıxıb. 98 nəfər pandemiyanın qurbanı olub.

 

Gün ərzində 8 min 109 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların sayı 2 milyon 437 min 382-yə çatıb.

 

Ümumi test sayı 30 milyon 893 min 496-ya yüksəlib. Ümumi yoluxma sayı 2 milyon 548 min 195, vəfat sayı 26 min 998, ağır xəstə sayı 1310-dur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş