Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

22.12.2020 - 01:46

COVID-19-dan ölənlərin sayı 18351-ə çatıb

 

Türkiyədə son sutka ərzində koronavirusdan 254 nəfər dünyasını dəyişib, 3412-si simptomatik olmaqla 19, 03 pasiyent COVID xəstəsi kimi qeydiyyata alınıb. 

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 18351-ə, bu virusa yoluxanların sayı isə 2,043,704-a çatıb.

 

Ümumilikdə 22 milyondan çox insan test olunub.

Müəllif: Ayna.az