Türkiyədə hərbi helikopter qəzasında həlak olanların sayı artıb

Dünya

04.03.2021 - 22:19

Həlak olanlar arasında general da var

 

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 10 nəfərə yüksəlib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib.

 

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

 

Hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

 

Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az