Terror təşkilatı ilə əlaqəsi olan 120-dən çox şübhəli tutulub
Türkiyənin müxtəlif bölgələrində FETÖ terror təşkilatı ilə əlaqəsi olan 120-dən çox şübhəli tutulub. AYNA.AZ xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında yazıb.
Nazirin sözlərinə görə, son iki həftə ərzində FETÖ-yə qarşı aparılan əməliyyatlar zamanı 121 şübhəli tutulub.
Şübhəlilər hərbçilər, tələbələr və məhkəmə üzvləri arasında müəyyən edilib.
Nazir qeyd edib ki, FETÖ üçün kampaniya aparan şübhəlilərdən 58-i həbs edilib, 29-u məhkəmə nəzarəti altındadır və qalanları ilə bağlı araşdırmalar davam edir.