Məzənnə 32 lirəyə yaxınlaşır
Martın 5-də türk lirəsi (TL) ABŞ dolları və digər xarici valyutalar qarşısında tarixi minimumunu yeniləməyə davam edib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, qardaş ölkədə dollar 31,72 lirəyə, avro isə 34,40 lirəyə yüksəlib. Bununla da, son bir ayda dollar lirə qarşısında 4% möhkəmlənib. Avroda isə qiymətlər 4,8% artıb.
Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üçün 31,40 lirə, satış üçün isə 34,46 lirə müəyyən edib.