Türkiyədə daha 930 nəfərdə koronavirus aşkarlanıb

Dünya

05.06.2020 - 21:20

Türkiyədə koronavirus qurbanlarının sayı artıb 

 

Son bir gündə Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

O qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 648 nəfərə çatıb.

 

Ötən bir gündə ölkədə daha 930 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 168 340 nəfərdir.

 

Son sutkada 1 622 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə virusdan sağalanların ümumi sayı 133 400 nəfərə çatıb.

Müəllif: Ayna.az