Türkiyədə daha 82 nəfər koronavirusdan ölüb

Dünya

20.02.2021 - 00:38

Ölkədə ağır xəstə sayı 1185 nəfərdir 

 

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, sutka ərzində 82 nəfər COVID-19-un qurbanı olub.

 

Bu gün 116 min 674 koronavirus testi aparılıb ki, bunun da 7 min 419-u müsbət çıxıb.

 

Ağır xəstə sayı 1185 təşkil edir. 7 min 498 nəfər koronavirusdan sağalıb. Beləcə, sağalanların ümumi sayı 2 milyon 511 min 548-ə çatıb.

Müəllif: Ayna.az