Türkiyədə daha 57 nəfər koronavirusdan ölüb

Dünya

23.06.2021 - 02:15

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə 791 COVID-19 xəstəsinin vəziyyəti ağırdır 

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı dünənlə müqayisədə daha 6 nəfər artaraq, 57 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 238 nəfər test edilib, onların 6143-nün koronavirus testi pozitiv nəticə verib, 5214 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 791 nəfər olub.

 

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 293 nəfərin öldüyü təsdiqlənib.

 

Türkiyədə indiyədək 5 381 736 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 242 945 nəfəri müalicə olunaraq evə buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş