Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 228 nəfər ölüb. AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 353 035 nəfər test edilib, onların 20 374-nün koronavirus testi pozitiv nəticə verib, 19 463 nəfər sağalıb.
Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci,ikinci və üçüncü mərhələ daxil 120 857 540 peyvənd tətbiq edilib ki, bunun 90,80 faizi birinci, 81,57 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.