Türkiyədə COVID-19 daha 75 nəfərin həyatına son qoyub

Dünya

13.06.2021 - 01:06

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 6 mindən çox insanın testi pozitiv çıxıb 

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 75 nəfər həyatını itirib.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218 758 nəfər test edilib, onların 6076-nın koronavirus testi pozitiv nəticə verib, 5112 nəfər sağalıb.

 

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 668 nəfər ölüb.

 

Türkiyədə indiyədək 5 325 435 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 198 057 nəfəri müalicə olunaraq evə buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş