Türkiyədə COVID-19 daha 55 nəfərin həyatına son qoyub

Dünya

07.10.2020 - 02:42

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus can almaqda davam edir

 

Türkiyədə son 24 saat ərzində daha 55 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

 

AYNA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 553 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 1 511 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 327 557 nəfərə çatıb.

 

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 229 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 287 599 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş