Son sutkada 5266 nəfərin koronavirus testi pozitiv nəticə verib
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 51 nəfər vəfat edib. AYNA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 222 561 nəfər test edilib, onların 5266-nın koronavirus testi pozitiv nəticə verib, 7402 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 733 nəfər olub. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 524 nəfər ölüb.
Türkiyədə indiyədək 5 890 147 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 269 294 nəfəri müalicə olunaraq sağalıb.