Seəsvermənin 99.81 faizi faizi hesablanıb
Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində seçki qutularının 99.81 faizi açılıb.
AYNA Türkiyə mediasına istinadən bildirir ki, nəticələrə görə, ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35,49 % səslə müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) gerisində qalır. CHP-nin hazırkı məlumata görə, topladığı səs faizi 37.74-dür. Üçüncü yerdə 6.19 faizlə Yenidən Refah Partiyası qərarlaşıb.
Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88 faiz səviyyədə olub.