Türkiyədə AKP-nin tədbirində silahlı hücum olub, xəsarət alan var

Dünya

10.02.2024 - 20:36

cedabet dərman SEO Xidməti

Hadisə ilə bağlı istintaq başladılıb

Türkiyədə AKP-nin seçki ilə bağlı tədbirində silahlı hücum olub, xəsarət alan var

AYNA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X”dəki hesabında yazıb.

Nazir qeyd edib ki, saat 16.30 radələrində İstanbul şəhərinin Küçükçekmece rayonunda AKP-nin bələdiyyə sədrliyinə iddialısı Əziz Yeniayın namizəd irəli sürdüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb.

Hücum zamanı E.G.D adlı qadın yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb.

“Xəsarət alan vətəndaşımıza tezliklə şəfa diləyirəm. Seçki prosesinə və demokratiyamıza qarşı belə iyrənc hücumları qətiyyətlə pisləyirəm”, - nazir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş