Türkiyədə 5 nəfər selin qurbanı olub

Dünya

24.08.2020 - 00:16

Həkimlər Klinikalar SEO Xidməti

Fəlakət zamanı itkin düşən 11 nəfərin axtarışı davam edir

 

Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində qurbanların sayı 5 nəfərə çatıb. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

 

Nazir deyib ki, itkin düşən 11 nəfərin axtarışı davam edir. Selin törətdiyi fəsadlar səbəbindən bağlanmış 118 kənd yolundan 20-i də artıq açılıb. Soylu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təlimatı ilə bölgədə xilasetmə işlərinin davam etdirildiyini nəzərə çatdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş