Türkiyə XİN Şimali Koreyanın ballistik raket sınağını qınayıb

Dünya

20.11.2022 - 06:25

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik: "Bu məsuliyyətsiz davranışının regional sülh və sabitliyə mümkün mənfi təsirlərindən narahatıq"

Türkiyə Xarici İşlər Nazirliyi Şimali Koreyanın ballistik raket sınağını pisləyib. AYNA xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

Bəyanatda Türkiyə XİN bu ilin əvvəlindən bəri Şimali Koreyanın ballistik raket sınaqlarını artırdığını, noyabrın 18-də də qitələrarası ballistik raket sınağını həyata keçirdiyini qeyd edərək bu sınaqları qınadığını bildirib.

"Biz Şimali Koreyanın bütün beynəlxalq xəbərdarlıqlara baxmayaraq, bu məsuliyyətsiz davranışının regional sülh və sabitliyə mümkün mənfi təsirlərindən narahatıq.
Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və regionda daha da gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq", - Türkiyə XİN vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş