Çavuşoğlu ilə Ceyms Klever arasında telefon danışığı olub
Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Ceyms Klever Ukraynadakı vəziyyəti müzakirə ediblər.
AYNA bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, İstanbulda imzalanan taxıl müqaviləsi və Ukraynada baş verən son hadisələr müzakirə edilib.