Türkiyə səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Xəbərlər

20.09.2025 - 18:17

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.

AYNA.AZ xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşım edilib:

"Qardaş Azərbaycanı 20 sentyabr Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik" – deyə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş