Ərdoğan Azərbaycan Milli Məclisində çıxış edib
“Zəngəzur dəhlizindəki dəmiryolu ilə ermənilər də Moskvaya gedə biləcəklər. Beləcə onlar blokadadan çıxacaqlar”.
AYNA-nın məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bölgədə düşmənçilik ortadan qalxmalıdır: “Mən bura NATO Zirvəsindən gəldim, vacib görüşlər keçirdim. Dünyanın problemləri bitməyib. Amma bir olarsaq, bunları həll edərik”.