Türkiyə parlamentinin binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya

15.08.2024 - 19:08

Həkimlər Klinikalar SEO Xidməti

Binanın ətrafında çəkiliş aparmaq qadağandır

Fələstin Prezidenti Mahmud Abbasın Türkiyə Böyük Millət Məclisində (TBMM) gözlənilən çıxışı ilə əlaqədar parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlər parlament binasına iki mərhələli yoxlama prosesindən sonra buraxılır. Bundan əlavə, binanın ətrafında çəkiliş aparmaq qadağandır.

Mahmud Abbas Ankaraya çərşənbə günü axşam saatlarında gəlib və bu gün onun TBMM üzvləri qarşısında çıxışı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş