Saziş 2015-ci ildə 190-dan çox ölkə tərəfindən imzalanıb
Türkiyə parlamenti Paris İqlim Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsini qəbul edib.
AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qanun layihəsi səsvermə nəticələrinə əsasən qəbul olunub.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışı zamanı noyabrda BMT iqlim konfransı başlamazdan əvvəl Paris İqlim Sazişinin ratifikasiya prosesini başa çatdıracaqlarını bəyan etmişdi.
Paris İqlim Sazişi 2015-ci ildə 190-dan çox ölkə tərəfindən imzalanıb və qlobal istiləşmənin qarşısını almaq üçün dünya fəaliyyət planını müəyyənləşdirir.