PKK terror təşkilatının 13 üzvü öldürülüb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Hakurk, Qara və Metina əməliyyat bölgələrində keçirilən əməliyyatlar nəticəsində PKK terror təşkilatının 13 üzvü öldürülüb.
Nazirlik terrorçulara qarşı əməliyyatın qətiyyətlə davam etdiriləcəyini bildirib.