Türkiyə MN ölkəmizə növbəti dəfə dəstək nümayiş etdirib
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsinə ithafən video hazırlayıb.
AYNA xəbər verir ki, videogörüntü nazirliyin rəsmi "Twitter" hesabında yayımlanıb.
“Dağlıq Qarabağda böyük bir qələbə qazanaraq bizi qürurlandıran azərbaycanlı türk qardaşlarımıza və qəhrəman ordularının qəhrəman əsgərlərinə həsr edilib”, - deyə MN qeyd edib.