Ərdoğan: "İsraildən də oxşar addımlar gözləyirik"
Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır. AYNA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Biz HƏMAS-ın vasitəçilərin Qəzzada atəşkəs təklifini qəbul etmək qərarını alqışlayırıq və İsraildən də oxşar addımlar gözləyirik”, - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, HƏMAS hərəkatı Qəzza zolağında Misir və Qətərin təklif etdiyi atəşkəs sazişi layihəsinə razılıq verib.