Türkiyə hava hücumundan müdafiə sistemlərinin istehsalına başlamağı planlaşdırır

Dünya

21.12.2022 - 03:45

Həkimlər Klinikalar SEO Xidməti

Hökumət müdafiə sənayesi üzrə 25 layihə barədə qərar qəbul edib

Türkiyə hava hücumundan müdafiə sistemlərinin istehsalına başlamağı planlaşdırır.

AYNA xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yeni növ "Siper", "Hisar", "Sunqur" sistemlərinin və bəzi növ silah-sursatların istehsalına başlanılması barədə qərar hərbi sənaye kompleksinin icraiyyə komitəsinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul edilib.

Qeyd olunur ki, hökumət müdafiə sənayesi üzrə 25 layihə barədə qərar qəbul edib. Daha əvvəl Türkiyədə MIDLAS şaquli raket buraxılış sistemi Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün sınaqdan keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş