Türkiyə Ermənistana necə yardım edib - <font color=red> Rəsmi açıqlama</font>

Xəbərlər

13.04.2020 - 14:45

Həkimlər Klinikalar SEO Xidməti

Səfirlik: Bundan başqa hər hansı bir yardımdan söhbət getmir

 

"Türkiyə səlahiyyətliləri insani yardım olaraq Türkiyədə yaşayan 70-ə qədər Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmalarını təmin edib".

 

Bunu AYNA-ya Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərəcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.

 

O bildirib ki, bundan başqa hər hansı bir yardımdan söhbət getmir.

 

Qeyd edək ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ermənistan və İsrailin Türkiyə hökumətindən koronavirusla mübarizə üçün yardım paketi istədiyi barədə məlumat vermişdi. “Bu məsələdə biz siyasi münasibətlərdən asılı olmayaraq, ölkələr arasında ayrı-seçkilik etmirik. COVID-19 fövqəladə bir vəziyyətdir”, – deyə Kalın bildirmişdi.

 

Xatıırladaq ki, rəsmi Ankaranın hər iki dövlət ilə siyasi münasibətləri gərgin olaraq qalmaqdadır. Dağlıq Qarabağ münaqişəsi və I Dünya Müharibəsi müddətində ermənilərin köçürülməsi zamanı baş verən hadisələrə rəsmi Yerevanın “soyqırımı” statusu verməsi səbəbilə iki ölkə arasında siyasi və diplomatik münasibətlər, ümumiyyətlə, mövcud deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş