Türk Hava Yolları İstanbul-İrəvan uçuşlarına başlayıb

Dünya

11.03.2026 - 23:05

İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar hər gün həyata keçiriləcək

Türk Hava Yolları (THY) İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlara başlayıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu marşrut üzrə ilk uçuş bu gün İrəvanın Zvartnots hava limanına həyata keçirilib.

Qarşılanma mərasimində Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri Mihran Xaçatryan, Ermənistan Beynəlxalq Hava Limanlarının (Zvartnots hava limanını idarə edən) rəhbərliyi, THY-nın rəhbərliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar hər gün həyata keçiriləcək və 14 maydan etibarən tezlik həftədə 10 uçuşa, 15 iyundan isə həftədə 14 uçuşa qədər artırılacaq.

Daha əvvəl Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç uçuşların başladığını elan edərək bunu "Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində daha bir addım" adlandırmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş