“İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda nümayəndiliklər yaradılacaq
Türk dünyasının ortaq televiziyası yaradılacaq. Bu barədə AYNA-ya “Global Journalism Council” təşkilatının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı məlumat verib.
O, televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirib. E.Eyvazlının sözlərinə görə, bununla bağlı türkdilli ölkələrin jurnalistləri ilə müzakirələr aparılıb: “İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda nümayəndiliklər yaradılacaq. Fəaliyyət istiqamətində siyasi məsələlər olmayacaq”.
Televiziyaya kimin rəhbərlik edəcəyinə gəlincə, E.Eyvazlı qeyd edib ki, bu məsələlər onun özünə həvalə olunub.