“Seçkilər təkcə Rusiya standartları ilə deyil, həm də qlobal miqyasda ən mühüm hadisə olacaq”
2024-cü ilin martında ölkədə keçiriləcək Rusiya prezident seçkiləri qlobal hadisədir. AYNA TASS-a istinadən bildirir ki, bu fikri Federasiya Şurasının vitse-spikeri Andrey Turçak deyib.
Onun sözlərinə görə, qarşıdan gələn seçkilər təkcə Rusiya standartları ilə deyil, həm də qlobal miqyasda ən mühüm hadisə olacaq.
Bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyası Rusiya prezidentliyinə namizədlərin yekun sayı ilə bağlı hələ qərar vermədiklərini bildirib.