“TurAZ Qartalı - 2020” təlimlərində helikopterlərin uçuşları keçirilib - <font color=red> VİDEO</font>

Siyasət

09.08.2020 - 20:15

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi məlumat yayıb 

 

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

 

Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.

 

Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş