Tullantıları yandıran vəzifəlilər məsuliyyətə cəlb ediliblər

Xəbərlər

26.09.2024 - 16:23

cedabet dərman SEO Xidməti

Vəzifəli şəxslər barəsində protokol tərtib olunub

Lənkəran rayonunda və Şirvan şəhərində yerləşən tullantı poliqonlarında və Xocalı rayonu ərazisində Xocalı-Xankəndi avtomobil yolunun kənarında yerləşən maye-qaz doldurma məntəqəsinin yaxınlığında tullantıların qalaqlanaraq yandırılması faktı aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, faktlarla bağlı Lənkəran Mənzil İstismar Kommunal Müəssisələr İdarəsinin rəisi Rövşən Lətifov və Şirvan Kommunal Kombinatı Müəssisəsinin rəisi Azər Abdıyev barəsində vəzifəli şəxs qismində, Füzuli rayonu Bəhmənli kənd sakini Rəhman Bayandurov barəsində isə fiziki şəxs qismində protokol tərtib olunub.

Sözügedən şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş