Trampla Cinpin arasında görüş baş tutmaya bilər

Dünya

14.09.2025 - 15:18

“ABŞ-Çin ticarət danışıqlarında irəliləyişin olmaması Pekində sammitin keçirilməsi şansını azaldıb"

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında görüş pozulmaq təhlükəsi ilə üzləşib. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

"Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset çinli həmkarları ilə əlaqə saxlayıb və bu, prezidentlər arasında görüşlə bağlı fərziyyələri artırıb. Bununla belə, ABŞ-Çin ticarət danışıqlarında irəliləyişin olmaması Pekində sammitin keçirilməsi şansını azaldıb", mənbə qeyd edib.

Bildirilib ki, Tramp və Si hələ də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində görüş keçirə bilərlər, lakin bu, xeyli az əhəmiyyət kəsb edəcək. Vaşinqtonun fikrincə, Çin ABŞ-ı fentanil istehsalında istifadə olunan kimyəvi maddələrlə təmin etməyə davam edir. Pekin öz növbəsində Amerika tariflərindən narazıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş