Trampın seçki kampaniyasında Gəncə terroruna etiraz – <font color=red> FOTO</font>

Xəbərlər

27.10.2020 - 13:04

cedabet dərman SEO Xidməti

Soydaşlarımız meydana plakatlar gətiriblər, üçrəngli bayrağımızı dalğalandırıblar

 

ABŞ Prezidenti və keçiriləcək seçkilərdə yenidən namizəd olan Donald Trampın seçki kampaniyası çərçivəsində Pensilvaniya ştatının Allentoun şəhərində seçicilərlə görüşü zamanı bu ölkədə yaşayan bir qrup soydaşımız diqqəti işağlçı Ermənistan ordusunun Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində törətdiyi terror aktlarına yönəldiblər.  Bu barədə AYNA-ya Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Elcan Yerdələnlinin təşəbbüsü ilə buraya toplaşan azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə etiraz edib, diqqəti Azərbaycanın mülki əhalisinin atəşə tutulmasına, günahsız körpələrin öldürülməsinə yönəltmək məqsədilə haqq səslərini ucaldıblar.

 

Soydaşlarımız meydana plakatlar gətiriblər və Azərbaycanın üçrəngli bayrağını dalğalandırıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş