Trampın qolf oynaması sərt tənqid olundu

Dünya

24.05.2020 - 17:59

“Ölü sayı 100 minə çatdı, on milyonlarıa amerikalı işsizdir, Prezident də gününü qolf oynamaqda keçirir”

 

ABŞ Prezidenti Donald Tramp uzun müddətdən sonra ilk dəfə Virciniyada şəxsi qolf təsisinə gedib. Təsisdə bir neçə saat keçirən Prezidentin bu səfərini mühafizəkar media “ölkənin koronavirusdan sonra normala dönməsinə dəstək”, kimi şərh edib. Amma müstəqil mətbuatda və Demokrat Partiyasının yetkililərində Trampın qol təsisinə səfəri sərt tənqid edilib.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin 3 noyabr prezident seçkilərində Trampın təxmin edilən əsas rəqibi, Demokrat Partiyadan Co Bayden “Twitter”də Prezidenti tənqid edib. Bayden “ölü sayı 100 minə çatdı, on milyonlarıa amerikalı işsizdir, Prezident də gününü qolf oynamaqda keçirir”, - mesajı verib.

 

Baydenlə yanaşı bir çox Demokrat Partiyasının  Konqresdəki üzvləri də Trampı tənqid atəşinə tutan paylaşımlar ediblər.

 

Qeyd edək ki, koronavirus davam etsə də, ABŞ iqtisadiyyatının normala dönməsi ilə bağlı addımlar atılır. Bəzi mütəxəssislər isə hesab edirlər ki, karantindən tez çıxmaq 2-ci virus dalğasına səbəb ola bilər..

 

Hazırkı rəqəmlərə görə, ABŞ-da virusa yoluxanların sayı 1 milyon 650 mini keçib. Ölənlərin sayı isə 98 mindən çoxdur.

Müəllif: Ayna.az