Trampdan Xameneyiyə çağırış: “Narahat olmalıdır”

Dünya

05.02.2026 - 09:12

Amerika lideri bu çağırışı Vaşinqton və Tehran arasında danışıqların pozulması barədə xəbərlər fonunda səsləndirib

ABŞ Prezidenti Donald Tramp İranın Ali Lideri Ayətullah Əli Xameneyini "çox narahat olmağa" çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Amerika lideri “NBC News”a verdiyi müsahibədə deyib.

Ağ Ev rəhbəri jurnalistlərə bildirib ki, "İran lideri çox narahat olmalıdır".

Bu sözlər Vaşinqton və Tehran arasında danışıqların pozulması ilə bağlı xəbərlər fonunda səslənib.

Qeyd edək ki, “Axios”un mənbələrə istinadən verdiyi məlumata görə , 6 fevral cümə günü keçirilməsi planlaşdırılan ABŞ-İran nüvə danışıqları ABŞ tərəfinin görüşün Omana keçirilməsi tələbini qəbul etməkdən imtina etməsi səbəbindən baş tutmaya bilər.

“Reuters” agentliyi daha əvvəl İranın bu həftə ABŞ ilə danışıqların Türkiyədə deyil, Omanda keçirilməsini və yalnız nüvə məsələləri üzrə ikitərəfli danışıqlarla məhdudlaşmasını tələb etdiyini yazmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş