“Ətrafımda heç vaxt görmədiyim qədər çox insan və silah var”
“Mənim həyatım üçün İrandan ciddi təhlükə var”. AYNA xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp deyib.
Respublikaçılar Partiyasının prezidentliyə namizədi “X” sosial şəbəkə səhifəsində yazıb ki, İranın bundan əvvəl atdığı addımlar uğursuzluğa düçar olsa da, yenidən cəhd edəcək: “Bütün ABŞ ordusu izləyir və gözləyir. Vəziyyət heç kim üçün ürəkaçan deyil. Ətrafımda heç vaxt görmədiyim qədər çox insan və silah var”.
Bundan əlavə, ABŞ-ın keçmiş Prezidenti Konqresə onun təhlükəsizliyi üçün məxfi xidmət tərəfindən yekdilliklə əlavə maliyyə ayırdığına görə təşəkkür edib. Siyasətçi bildirib ki, demokratlar və respublikaçılar birləşib və bu təşəbbüsün “əleyhinə” bir səs belə ifadə etməyiblər.