Trampdan iddia: “Baydenin IQ səviyyəsi aşağıdır”

Dünya

19.05.2024 - 16:19

Həkimlər Klinikalar SEO Xidməti

Sabiq Prezident indiki ABŞ liderini “aşağı intellektə malik insan” adlandırıb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin IQ (intellekt) səviyyəsinin aşağı olduğunu iddia edib.

AYNA xarici mediaya istinadən bildirir ki, Texas ştatının Dallas şəhərində Milli Tüfəng Assosiasiyasının illik qurultayında Tramp Baydeni “aşağı intellektə malik insan” adlandırıb.

“Fikirləşin, bizim Prezidentimiz aşağı IQ-ya malik insandır və belə intellektsiz şəxs Çin, Rusiya rəhbərləri ilə danışmalıdır”, Tramp qeyd edib.

Siyasətçi bir daha əlavə edib ki, Bayden Amerika tarixində “ən pis Prezident"dir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Donald Tramp və Co Bayden bu vəzifəyə əsas namizədlər hesab edilirlər.

Müəllif: Ayna.az