Trampdan Azərbaycanla bağlı paylaşım

Xəbərlər

17.09.2025 - 00:24

“Bu mənim üçün əbədi dostluq olacaq”

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Azərbaycanla bağlı paylaşım edib. AYNA.AZ xəbər verir ki, ABŞ lideri özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb.

“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda, bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu, mənim üçün, amma daha da önəmlisi ABŞ üçün əbədi dostluq olacaq”, - deyə Tramp qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş