Trampdan Ağ Ev yaxınlığındakı atışmaya sərt reaksiya

Dünya

27.11.2025 - 12:11

"Bu dəhşətli hücum şər, nifrət və terrorizmin ifadəsi idi”

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında baş verən atışmaya sərt reaksiya verib. AYNA.AZ CNN-ə istinadən bildirir ki, Prezident saxlanılan şəxsin Əfqanıstandan gəldiyini təsdiqləyib.

Tramp ölkəni “yer üzündəki cəhənnəm dəliyi” adlandırıb və qeyd edib ki, atəş açan şəxs sələfi Co Baydenin “administrasiyası tərəfindən gətirilib”.

"Bu dəhşətli hücum şər, nifrət və terrorizmin ifadəsi idi. Bu, bütün xalqımıza qarşı cinayətdir. Bu, insanlığa qarşı cinayətdir", - dövlət başçısı bildirib.

Tramp deyib ki, o atəş açan şübhəlinin ağır cəza ilə üzləşəcəyini görməkdə qərarlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş