Trampa sui-qəsd: sabiq Prezident mitinq tribunasında güllələndi - FOTOLAR

Dünya

14.07.2024 - 09:08

Həkimlər Klinikalar SEO Xidməti

Trampa qarşı sui-qəsd zamanı bir nəfər həlak olub - Sabiq Prezidentə atəş açan şəxs isə öldürülüb

ABŞ-ın sabiq Preizdenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa sui-qəsd edilib. Tramp Pensilvaniyada keçirilən mitinqdə çıxışı zamanı ona atəş açılıb. Güllə Donald Trampın başının bir santimetrindən keçib.  Onun qulağı iki dəfə güllə yarası alıb. Hadisədən sonra Tramp təhlükəsizlik tədbirləri ilə ərazidən uzaqlaşdırılıb.

Trampa qarşı sui-qəsd zamanı bir nəfər həlak olub. Sabiq Prezidentə atəş açan şəxs isə öldürülüb.

CNN-nin prokurorluğa istinadən yaydığı məlumata görə, hadisə zamanı şübhəli bilinən şəxs polis tərəfindən zərərsizləşdirilib.

“The New York Times“ qəzetinin isə Trampın sözçüsü Stiven Çuna istinadən yaydığı məlumatda onun yaralanandan sonra tibbi müayinədən keçdiyi və vəziyyətinin yaxşı olduğu bildirilir.

Donald Tramp Pensilvaniyada ona qarşı olan sui-qəsddən sonra ilk dəfə açıqlama verib. Sabiq Prezident “Truth Social” sosial şəbəkəsində sağ qulağından yaralandığını və çoxlu qan itirdiyini bildirib. Onun sözlərinə görə, atəş açan hücumçu öldürülüb, lakin onun haqqında hələlik məlumat yoxdur.

“Birləşmiş Ştatların Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Butler şəhərində baş verən atışmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə başsağlığı vermək istəyirəm.  Bunun ölkəmizdə baş verməsi inanılmazdır. Hazırda atəş açan haqqında heç nə məlum deyil. Mənə atılan güllə sağ qulağımın yuxarı hissəsini deşib. Fit səsi, atəş eşitdim və dərhal güllənin dərimi qopardığını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Allah Amerikanı qorusun!”, – Tramp yazıb.

Trampa atəş açmış şəxsin kimliyi və fotosu üzə çıxıb. Adı Tomas Metyu Kruks olan şəxs Pensilvaniyada keçirilən mitinqdə sabiq Prezidentə güllə atıb. Cruks Pensilvaniya ştatının Bethel Park şəhərindəndir. O, AR tüfəngi ilə binanın üzərinə çıxaraq sabiq Prezidentə və tərəfdarlarına atəş açıb. Bundan əvvəl insanlar Məxfi Xidmətə və polisə xəbərdarlıq etməyə çalışsalar da, onlar buna əhəmiyyət verməyiblər. Snayperin bu addımı nə üçün atdığı araşdırılır.

ABŞ Prezidenti Co Bayden Trampa qarşı sui-qəsd cəhdini pisləyib.  Prezident Pensilvaniyada Trampın mitinqində baş verən atışma ilə bağlı məlumat aldığını yazıb.

“Onun ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik. Cill və mən onu təhlükəsiz yerə apardıqları üçün Məxfi Xidmətə minnətdarıq. Amerikada belə zorakılığa yer yoxdur. Bunu pisləmək üçün bir millət kimi birləşməliyik”.

Trampa sui-qəsd: sabiq Prezident mitinq tribunasında güllələndi - Trampa sui-qəsd: sabiq Prezident mitinq tribunasında güllələndi - Trampa sui-qəsd: sabiq Prezident mitinq tribunasında güllələndi - Trampa sui-qəsd: sabiq Prezident mitinq tribunasında güllələndi - Trampa sui-qəsd: sabiq Prezident mitinq tribunasında güllələndi - Trampa sui-qəsd: sabiq Prezident mitinq tribunasında güllələndi -
Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş