ABŞ prezidentliyinə namizədlə Ukrayna liderinin görüşü təyin edilməyib
ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyəcək. AYNA xəbər verir ki, bu barədə “Associated Press” mənbələrə istinadən yazıb.
Adının açıqlanmasını istəməyən şəxs agentliyə bildirib ki, Ukrayna rəsmilərinin Zelenskinin respublikaçı ilə görüşməyi planlaşdırdığı barədə açıqlamalarına baxmayaraq, Tramp və Zelenski arasında görüş təyin olunmayıb.