Tramp Zelenski ilə görüşəcək

Dünya

14.10.2025 - 10:07

ABŞ lideri ukraynalı həmkarı ilə oktyabrıb 17-də görüşəcəyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etməyi planlaşdırır.

AYNA.AZ xəbər verir ki, bu barədə Tramp Şarm-əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlama verib.

Eyni zamanda, Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarük olunması imkanları ilə bağlı suala cavab verməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş