Tramp yanvarın 20-də postunu tərk edəcəyini açıqlayıb

Dünya

07.01.2021 - 15:36

“Yanvarın 20-də nizamlı bir şəkildə hakimiyyət keçidi baş tutacaq”

 

ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də postunu tərk edəcəyini açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, Tramp yeni seçilmiş Prezident Co Baydenin qələbəsinin Konqres tərəfindən təsdiqlənməsindən sonra belə bəyanat verib.

 

“Baxmayaraq ki, seçkilərin nəticəsi ilə tamamilə razılaşmıram və faktlar məni dəstəkləyir. Lakin yanvarın 20-də nizamlı bir şəkildə hakimiyyət keçidi baş tutacaq. Mən həmişə demişəm ki, yalnız qanuni səslərin sayılmasını təmin etmək üçün mübarizəmizi davam etdirəcəyik. Amerikanı yenidən güclü etmək uğrunda mübarizəmiz davam edəcək”, - Tramp qeyd edib.

Müəllif: Ayna.az