Tramp və Orban Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

Dünya

05.11.2025 - 19:13

"Ukraynada sülhün yaradılması gündəmin vacib məsələsi olacaq"

ABŞ Prezidenti Donald Tramp və Macarıstanın Baş naziri Viktor Orban Vaşinqtonda görüşləri zamanı Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Nazir bildirib ki, "Ukraynada sülhün yaradılması gündəmin vacib məsələsi olacaq".

O ümid etdiyini bildirib ki, bundan sonra ABŞ və Rusiya münaqişənin həlli ilə bağlı razılığa gələ və "Mərkəzi Avropada sülhü bərpa edəcək" razılaşmaya vara biləcəklər.

Qeyd edək ki, Tramp və Orban arasında görüş 7 noyabrda keçiriləcək. Macarıstanın Baş naziri enerji sektorunda Rusiyaya qarşı ABŞ sanksiyalarından bir sıra istisnaların zəruriliyini müzakirə etmək istəyir.

Orban Amerika liderinə bunun Budapeştin enerji təhlükəsizliyini təmin etməsi üçün zəruri olduğunu izah etməyi planlaşdırır. O artıq Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalarının uzunmüddətli müqavilələr çərçivəsində Rusiyadan enerji təchizatından asılı olaraq qalan Macarıstanın maraqlarına mənfi təsir göstərə biləcəyindən narahatlığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş