Tramp: “Ukrayna NATO-ya üzv olmayacaq”

Dünya

28.02.2025 - 11:59

“Hər şeyin başlamasının əsas səbəblərindən biri bu idi”

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Şimali Atlantika Alyansına (NATO) qoşulmayacağına əmindir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Tramp Ukraynanın NATO-ya daxil olmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

“Mən çox nəzakətlə deyə bilərəm ki, bunun üzərində işləyəcəyik. Ancaq qulaq asın, bu baş verməyəcək”, - Amerika lideri vurğulayıb.

Tramp Ukraynadakı münaqişəyə və Qərbin Kiyevi NATO-ya cəlb etmək cəhdlərinə toxunaraq bildirib: “Elə hər şeyin başlanğıcı budur. Yəni hər şeyin başlamasının əsas səbəblərindən biri bu idi”.

Bəzi ərazilərin Kiyevin nəzarətinə qaytarılmasının mümkünlüyündən danışan Tramp qeyd edib: “Əlbəttə, mümkün qədər geri qaytarmağa çalışacağıq. Ancaq Ukraynanın NATO-ya daxil olmasına gəldikdə, bu, sadəcə olaraq baş verməyəcək”.

Fevralın 26-da Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp deyib ki, Ukrayna NATO-ya daxil olmaq istəyini unuda bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş