ABŞ Prezidenti üçüncü müddətə namizədliyini irəli sürmək hüququndan məhrum olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp üçüncü müddətə namizədliyini irəli sürmək hüququndan məhrum olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yaponiyadan Cənubi Koreyaya gedərkən təyyarəsində keçirdiyi brifinq zamanı Tramp artıq ABŞ prezidentliyinə namizədliyini irəli sürmək hüququna malik olmadığını bildirib. Ağ Ev rəhbəri buna təəssüf edib.
28 oktyabrda Nümayəndələr Palatasının spikeri Mayk Conson qeyd edib ki, Tramp ABŞ Konstitusiyası ilə müəyyən edilmiş yenidən seçilmə məhdudiyyətlərindən xəbərdardır.